Əlillik sənədində “əmək qabiliyyətsiz” yazılan və bu səbəbdən iş tapa bilməyən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, bu ifadəni dəyişdirə bilərlər. Bu haqda Nazirliyin nümayəndəsi Sabir Qocayevə istinadən mayın 27-də APA xəbər verib.
“Bu, çox əvvəllər yazılan ifadə idi. Hazırda “əmək qabiliyyətsiz” anlayışı ən ağır xəstələrə, xüsusən, psixiatrik xəstəliyi olan şəxslərə yazılır”, - deyə o qeyd edib.
S.Qocayev, həmçinin bildirib ki, artıq məsələ ilə bağlı müraciət edənlər də var.