AMEA Rəyasət Heyəti Aparatının yeni strukturu təsdiqlənib. Bu barədə 17 yanvar tarixində Apa məlumat verib.
Belə ki, Rəyasət Heyətinin qərarı ilə əlavə maliyyə vəsaiti tələb etmədən daxili imkanlar hesabına fəaliyyət göstərəcək şöbələr:
- Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsi - Elm və təhsil şöbəsi;
- Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsi - Beynəlxalq əlaqələr şöbəsi;
- Media və informasiya şöbəsi - İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi;
- Kadr potensialı və təhsil şöbəsi - İnsan resursları şöbəsi;
- Hüquqi təminat şöbəsi - Hüquq şöbəsi;
- Ümumi şöbə - Sənədlərlə iş şöbəsi.
Həmçinin Elmi irsin və sənədlərin arxivləşdirilməsi şöbəsi Elmi irs şöbəsi kimi müəyyən edilib. Maliyyə şöbəsi ləğv edilərək, onun bazasında Maliyyə və mühasibat şöbəsi yaradılıb.