Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 73,6 milyon manat vəsait köçürüb. Bu barədə 25 oktyabr tarixində qurum məlumat verib.
9 aylıq ödənişin 53,9 milyon manatı özəlləşdirmə, 19,7 milyon manatı isə icarə hesabına təmin edilib.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində 48 hərrac keçirilib.