İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı vaxtı havadan tədqiqat üçün Britaniyanın "Arpies NRC" şirkəti ilə müqavilə imzalanıb. Bu barədə 23 iyun tarixində APA ANAMA-nın sədri Vüqar Süleymanova istinadən məlumat verib.
Onun sözlərinə görə, tədqiqatçılar hazırda dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir. Sədr bildirib ki, tədqiqatların nəticəsi süni intellekt vasitəsilə emal olunur.
ANAMA-nın rəsmisi qeyd edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb və bunlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb olunub.