Ağdaşda oğurluq edən 3 şəxs saxlanılıb. Bu haqda iyunun 25-də APA məlumat yayıb.
Əvvəllər də məhkum olmuş iki dost anbardan 4700 manat dəyərində spirtli içki oğurlayıb. Onlar etiraf ediblər ki, oğurladıqları spirtli içkiləri satıblar.
Digər saxlanılan şəxs isə mağazadan 3 000 manat pul və 5 000 manat dəyərində tütün məmulatlarını oğurlayıb. O, əvvəlcə müşahidə kameralarının yaddaş qurğusunu sıradan çıxarıb, daha sonra oğurluq edib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.