Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinə direktor təyin olunub. Bu barədə 17 yanvar tarixində Qaynarinfo.az-a istinadən xəbər veririk.
Bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Anar Cəfərov Aqrar İnnovasiya Mərkəzinin direktoru təyin edilib.
Qeyd edək ki, A.Cəfərov bu təyinatadək həmin vəzifəni müvəqqəti icra edirdi.