Astara rayonunda mikroavtobus azyaşlı uşağı vuraraq öldürüb. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində baş verib. Belə ki, qəsəbə sakini, 38 yaşlı Ramil Hüseynov idarə etdiyi “Mersedes-benz” markalı mikroavtobusla yolu keçmək istəyən qəsəbə sakinləri Məlahət Əfsəlova və onun 4 yaşlı nəvəsi Gülağa Əfsəlovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb.
Xəsarət alan M.Əfsəlova isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.