Astarada sosial yardım düzəltmək adı ilə dələduzluq edən Ərçivan qəsəbə sakininə cinayət işi açılıb. Bu haqda iyunun 24-də Baş Prokurorluq məlumat yayıb.
O, yalan vədlər verərək vətəndaşlardan müxtəlif vaxtlarda ümumilikdə 2 550 manat məbləğində pul vəsaitini ələ keçirib.
Faktla bağlı “təkrar dələduzluq” və “rüşvət verməyə təhrik etmə” maddələrilə cinayət işi başlanıb.