Audiovizual Şura “Space” telekanalına xəbərdarlıq edib. Bu barədə 24 iyun tarixində Şura məlumat yayıb.
Məlumata əsasən, “Space” televiziya yayımçısının efirində cari ilin 21 iyun tarixində yayımlanan “Elin sözü” proqramında “Media haqqında” qanunun “irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması” və “parapsixologiya, mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi” maddələrinin tələblərinin pozulması faktları Şura tərəfindən müzakirə olunub.
Belə ki, sözügedən proqramın yayımı zamanı aparıcı tərəfindən “Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq...” ifadəsi işlənib.