Dünən, iyunun 24-də Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ikinci gününə yekun vurulub. -57 kiloqram çəki dərəcəsində çıxış edən Fidan Əlizadə Avropa çempionu adını qazanıb.
İdmançımız finalda macarıstanlı idmançını məğlub edib. -66 kiloqram çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kiloqram çəki dərəcəsində çıxış edən Əli Hacızadə isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 25-dək davam edəcək. Turnirin ilk günündə idmançılarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Beləliklə, iki günün nəticəsində komandamızın hesabında 8 medal var.