Binəqədi rayonunda marşrut avtobuslarında müxtəlif vaxtlarda oğurluq edən şəxs saxlanılıb. Bu barədə Report mayın 24-də məlumat verib.
Əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakini dörd vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanlarını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.