top
AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu - FOTO
22 iyul 2025, 10:25
- ↺ +

AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AZAL-a məxsus “EMBRAER 190” mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur.

Minval.аz- ın yaydığı xəbərə görə, bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib.

Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Dərc olunan anonim məktuba əsasən, 2024-cü ilin dekabrında kapitan Paladiçukun döyüş heyəti Tolopiloya tabe olub.

Orada, həmçinin bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin Rostov Mərkəzinin şəxsi heyətinin üzərinə atıb, “Pantsir-S” hava hücumundan buraxılan raketlərin özünü məhv etdiyini və təyyarəyə zərər verə bilməyəcəyini iddia edərək bilərəkdən yalan ifadələr verib. Bu iddialar Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci Hərbi İstintaq Şöbəsi tərəfindən aparılan daxili araşdırma ilə təkzib edilib.

Məlum olub ki, "Pantsir-S" ekipajı texniki və təşkilati cəhətdən lazımi vəziyyətdə olmayıb, bu da mülki təyyarənin vaxtında tanınmasına mane olub. Buna baxmayaraq, general Tolopilo nəinki cəzalandırılmayıb, hətta vəzəfəsi yüksəldilib - o, Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəsinin 11-ci qvardiya ordusunun komandirinin müavini təyin edilib.

Bundan əlavə, kapitan Paladiçukun Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü Ordusunun mobil ehtiyatının 80-ci zenit-raket alayının komandirinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli hesabatı əlavə edilib ki, Paladiçuk və onun ekipajı həmin vaxt HHM-nin 51-ci diviziyasının komandiri olan general-mayor Tolopilonun əməliyyat tabeliyində olub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər