2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat bölmələrində təlim-məşqləri keçirilir. Bu haqda iyulun 1-də Müdafiə Nazirliyi məlumat yayıb.
Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.