Xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstana rəsmi səfəri çərçivəsində həmin ölkənin Baş naziri Kiril Petkovla görüşüb. Bu haqda məlumat iyunun 1-də qurumun saytında yerləşdirilib.
Görüşdə ikitərəfli əlaqələrin enerji, iqtisadi-ticarət, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri haqda danışılıb.
Rəsmi nümayəndəmiz, həmçinin bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən işlər haqda məlumat verib.