2022-ci ilin yanvar-may aylarında sənaye sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 34,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu barədə 13 iyun tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur. Bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 14,3% artıb.
Eyni dövrdə nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, tikinti materiallarının istehsalı isə 64% artıb.
Sənaye məhsulunun 75,7%-i mədənçıxarma sektorunda, 20,3%-i emal sektorunda istehsal olunub.