Sahil, Şıx, Hövsan və Türkan çimərliklərində çimmək məqsədə uyğun sayılmır. Bu barədə 8 iyun tarixində Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımova istinadən Report məlumat verib.
Şöbə müdiri qeyd edib ki, həmin ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Onun sözlərinə görə, sakinlər Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər.