29 - 31 iyul tarixlərində Göygöl rayonunda 2-ci Milli Yaylaq Festivalı keçiriləcək. Bu haqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.
Tədbir Hacıkənd Xan Yaylağında təşkil olunacaq.
Festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər. Bunun üçün festival ərazisində "Sənətkarlıq məhəlləsi" yaradılacaq.
Festivala qatılmaq istəyən sahibkarlardan elektron formanı doldurmaq xahiş olunur. Müraciət üçün son tarix iyulun 14-dür.