Cari ilin ilk 4 ayı ərzində qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları ötən illə müqayisədə 44,7% artıb. Bu barədə 27 may tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində paylaşım edib.
Nazir, həmçinin qeyd edib ki, neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar da 45% artıb.
2022-ci ilin yanvar-aprel aylarında #qeyrineftsektoru-nun özəl bölməsi üzrə #vergidaxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7%, #neft sektorunda xarici və yerli subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan daxilolmalar 45% artıb.#EconomyAz #TaxAz pic.twitter.com/mVQQV8WeOo
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 27, 2022