Orqan Transplantasiyası Mərkəzinin açılışı yaxın bir-iki ayda olacaq. Bunu iyunun 17-də səhiyyə naziri Teymur Musayev APA-ya bildirib.
Nazir deyib ki, Mərkəzin iş prinsipi barədə ictimaiyyətə geniş məlumat veriləcək: “Donorlar və orqana ehtiyacı olanların məlumat bazaları təqdim olunacaq. Artıq təmir-tikinti işləri başa çatmaqdadır”.