“Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Aşağı Göynük və Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. Bu barədə Cəmiyyət məlumat verib.
Məlumata əsasən, 363 abonenti olan Aşağı Göynük kəndinin və 142 abonenti olan Şəkinin Aşağı Daşağıl kəndinin elektrik xətlərı dəyişdirilib.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunub.