Azərpoçt MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdirinə cinayət işi açılıb. Bu haqda mayın 17-də Report məlumat yayıb.
Poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair rayon prokurorluğunda araşdırma aparılmışdır. Məlum olub ki, həmin şöbənin sabiq müdiri Gülnarə Xəlilova işlədiyi müddətdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 ABŞ dolları məbləğində nağd pulu mənimsəyib.
Hazırda iş üzrə istintaq davam edir.