2022-ci ilin yanvar-may aylarında Azexport.az portalına 215 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu barədə məlumat 1 iyul tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatında əks olunub.
Cari ilin may ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 52,3 milyon dollar təşkil edib. May ayında portala edilən ixrac sifarişlərinin tərkibində alma şirəsi, nar konsentratı, pomidor, pambıq çiyidi, günəbaxan yağı, qarğıdalı yağı, buğda kəpəyi və s. məhsullar üstünlük təşkil edib.
Qeyd olunub ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 may tarixinə kimi Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,04 milyard dollar təşkil edib.