Bu ilin sentyabr ayında "Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 35,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,75% azdır.
Bu barədə 31 oktyabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
Bu ilin yanvar-sentyabr aylarında isə portala 356,3 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 3,1% azdır.
2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi isə "Azexport"a 145 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 3,048 milyard dollar təşkil edib.
Sentyabrda "Azexport"a sifarişlərdə alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.