Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Bu barədə 6 iyun tarixində Təhsil Nazirliyi məlumat verib.
Məlumata əsasən, prosesə iyul ayında start veriləcək. Bildirilib ki, artıq iyun ayının 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına başlanılıb.
Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq.