Paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb. Bu barədə mayın 17-də Baş Prokurorluq xəbər yayıb.
Mayın 6-da saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin meyiti tapılıb. Onun üzərində kəsici-deşici alətlə yetirilən xəsarətlər aşkar edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanmışdır.
Cinayət əməlinin 1989-cu il təvəllüdlü Emil Ağayev tərəfindən 23 aprel 2022-ci il tarixdə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.