Paytaxtda 3 nəfərin üzərinə gedən avtomobil son anda istiqaməti dəyişib. Bu haqda mayın 17-də Oxu.Az məlumat verib.
Avtomobil öncə yol kənarında dayanan 3 nəfərin üzərinə gedib, son anda isə sürücü sükanı əks istiqamətə çevirməyə nail olub. İdarəetməni itirən sürücü əks yola çıxaraq digər avtomobillərə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəzaya səbəb sürücünün sürət həddini aşması olub.
View this post on Instagram