Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində iki azyaşlının yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə mayın 21-də APA məlumat paylaşıb.
Gülçülük Sovxozu adlanan ərazidə avtomobil yol kənarı ilə hərəkət edən 15 yaşlı qızı və onun 12 yaşlı bacısını vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.