“Buta Airways” aviaşirkəti Rusiyanın Ufa şəhərinə uçuşları bərpa edir. Bu barədə məlumat 14 iyun tarixində aviaşirkətin Facebook səhifəsində yerləşdirilib.
Məlumata əsasən, reyslər iyulun 3-dən etibarən həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Biletləri butaairways.az rəsmi saytından və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.