Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü şəxs hündürlükdən yıxılaraq ölüb. Bu barədə 31 may tarixində Baş Prokurorluq məlumat verib.
Məlumata əsasən, hadisə mayın 30-da baş verib. Belə ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən şəxs həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı “tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanıb.