Paytaxtın Nərimanov rayonunda minik avtomobili və yaxınlıqda olan üçmərtəbəli obyekt yanıb. Nəticədə bir nəfər yanıq xəsarəti alıb. Bu barədə iyunun 17-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, sahəsi 200 m² olan üçmərtəbəli obyektin üzlüyü 4 m² sahədə yanıb. Yüksək temperaturdan obyektin 2 qapısı qarsalanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.