Suraxanı rayonunun Əmircan qəsəbəsi, A.Rzayev küçəsində 55-60 yaşlı naməlum kişi meyiti aşkar edilib. Bu barədə 11 iyun tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, meyit 2022-ci ilin mayın 24-də tapılıb.
“Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd edilib.