Nəsimi rayonunun Vaqif prospektində otluq ərazidə yanğın başlayıb. Bu barədə iyunun 1-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.