Paytaxtın Xəzər rayonunda yol patrul xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Bu barədə iyunun 15-də Report məlumat paylaşıb.
24 yaşlı gəncin idarə etdiyi “Niva” markalı avtomobil ərazidə xidmətdə olan yol patrul avtomobili ilə toqquşub. Nəticədə “Niva”nın sürücüsü yaralanıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.