Paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 13 yanvar tarixində xəbər verir.
Hal-hazırda yollardakı vəziyyət:
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Tbilisi prospekti, mərkəz istiqamətdə;
- Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Babək prospekti, mərkəz istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.