Paytaxtın Nizami rayonunda intihara cəhd hadisəsi baş verib. Bu barədə iyunun 22-də Report xəbər verib.
Məlumata görə, 62 yaşlı şəxs özünə kəsici alətlə xəsarət yetirib. Yaralı huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
O, əməliyyat olunub.
Faktla bağlı araşdırma davam edir.