Balakən rayonunun Yeni Şərif kəndində yaşayış evində yanğın olub. Bu barədə 25 yanvar tarixində Apa məlumat verib.
Yanğın kənd sakini, 62 yaşlı Paşa Urkayevə məxsus evdə baş verib. Ümumi sahəsi 130 kv.metr olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin 100 kv.metr hissəsi içərisindəki əşyalarla birgə yanıb. Hadisə yerinə yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.