Balakəndə evə ildırım düşməsi nəticəsində yanğın başlayıb. Bu haqda iyunun 23-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə ötən gün axşam saat 22:00 radələrində Katex kəndində qeydə alınıb. Bildirilib ki, evin dam örtüyünün yanar konstruksiyaları və bəzi əşyalar tam yanıb.
Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.