Balakəndə narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslər tutulub. Bu haqda mayın 25-də APA məlumat yayıb.
Saxlanılanlardan biri qadındlr. O, çətənə kollarına qulluq edən zaman yaxalanıb. Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb.
Digər saxlanılan şəxs Meşəşambul kənd sakinidir. Onun həyətyanı sahəsindən 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb.