Beyləqanda avtomobil ağaca çırpılıb, bir nəfər həlak olub. Bu barədə iyunun 10-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Hadisə iyunun 9-u rayonun Bolsulu kəndində qeydə alınıb. Rayon sakini İ.Əliyev idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, sərnişinlərdən biri orada ölüb.
Faktla bağlı araşdırma aparılır.