Beyləqanda narkotik və silah saxlamaqda şübhəli bilinən vətəndaş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu barədə mayın 23-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülən tədbirlərlə o tutulub.
Saxlanılan şəxsdən heroin və beşbarmaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.