Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report mayın 23-də xəbər paylaşıb.
Rayonun 2-ci Aşıqlı kəndində mayın 22-də saat 20:00 radələrində “VAZ-21061” markalı avtomobillə “T-28” markalı traktor toqquşub. Nəticədə avtomobil sürücüsü və iki sərnişini xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Lakin onlardan biri xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.