Beyləqanda yataqxanada yanğın baş verib. Bu barədə iyunun 1-də Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Ümumi sahəsi 1 000 kvadratmetr olan ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində yerləşən otağın yanar konstruksiyaları, içərisindəki paltaryuyan maşın və xarici divarına quraşdırılan elektrik sayğacı yanıb. Həmçinin ikinci mərtəbədə olan taxta konstruksiyadan ibarət aynabənd və binanın dam örtüyünün taxta atmaları yanıb.
Alov söndürülüb.