Nəqliyyat Təlim və Tədris Mərkəzində “Beynəlxalq daşımalar üzrə sürücü” peşəsinin hazırlıq kursuna start verilib. Bu barədə 20 may tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Təlimə 18 işsiz şəxs cəlb edilib. Dərslər nəzəri və praktik hissələrdən ibarətdir. Peşə hazırlığı kursunu uğurla bitirən müdavimlərə beynəlxalq daşımalar üzrə müvafiq sertifikat təqdim ediləcək və onların işlə təmin olunmasına dəstək göstəriləcək.
Qeyd edək ki, hazırlıq dövründə iştirakçılara minumum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək.