Binə sakininə hədə-qorxu gələrək qızıl-zinət əşyalarını alan şəxs saxlanılıb. Bu haqda iyunun 27-də Report-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
İnsident mayın 5-də baş verib. Qəsəbə sakini bir nəfərin onun nəvəsinin qızıl-zinət əşyalarını ələ keçirməsi barədə polisə müraciət edib.
Keçirilən əməliyyatlar zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.