“Bizim Market” şirkəti karantin rejimi qaydalarını pozduğu üçün cərimələnib. Bu barədə 18 may tarixində Report məlumat verib.
Bildirilib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, inzibati tənbeh tətbiq edilib.
Məlumata əsasən, “Bizim Market” şirkətinə “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsilə cərimə protokolu yazılıb.