I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı verən 5 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric olunublar. Bu barədə 4 iyun tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.
Məlumata əsasən, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.
Qeyd edək ki, bu gün saat 11:00-da keçirilən imtahanda 22 minə yaxın abituriyent iştirak edib. İmtahana 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də qatılıb.
Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.