Cari ildə 850 şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub. Bu barədə 13 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Onlara biznesin təşkili və idarə olunması üzrə təlimlər keçirilib. Təlimləri uğurla bitirənlərə mal və materiallar formasında aktivlər təqdim edilib.