Cari ilin ötən dövründə 51-i oğlan, 44-ü qız olmaqla 95 uşaq övladlığa götürülüb. Bu haqda iyunun 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Qeyd edilib ki, övladlığa götürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən adıçəkilən qurum tərəfindən həyata keçirilir. Həmin vaxtdan 243 uşaq yeni ailələrə təhvil verilib. Onlardan 124-ü oğlan, 119-u qız olub.