44 günlük Vətən müharibəsindən sonra 3 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Bu barədə 13 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu il sözügedən kateqoriyadan olan insanlara daha 1 500 ev veriləcək.
Eyni zamanda, son 4 ildə müharibə əlilləri 1 450 avtomobillə təmin edilib. Vətən müharibəsindən sonra isə adıçəkilən şəxslərə 200 nəqliyyat vasitəsi verilib.