2022-ci ilin ilk beş ayı ərzində ölkə üzrə 5 milyon manatdan artıq aqrar sığorta haqqı toplanıb. Bu haqda iyunun 9-da Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqova istinadən Report xəbər verib.
Bu məbləğ keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50-60% çoxdur.
“Artımın əsas səbəbi odur ki, fermerlərimiz aqrar sığorta xidmətlərindən istifadə etməyə maraq göstərir. Onlar görür ki, hansısa zərər olanda dövlətə müraciət edir və müsbət reaksiya alırlar”, - deyə sədr bildirib.
Fermerlər sığorta haqqını bitkiçilik və heyvandarlıq sığortası kalkulyatoru vasitəsilə hesablaya bilərlər.